Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.10.2026 - Vətəndaş Leyla Qasımova
Vətəndaş Leyla Qasımova DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Vətəndaş Natiq Fərmanlı
Vətəndaş Natiq Fərmanlı avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Fərid Məmməliyev
Sosial şəbəkə istifadəçisi Fərid Məmməliyev baş vermiş yol-nəqliyyat hadisəsinin operativ şəkildə qeydiyyata alınmasına göstərdikləri köməyə görə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Sevinc Əsədova
Sosial şəbəkə istifadəçisi Sevinc Əsədova pul kisəsinin oğurlanması ilə bağlı müraciətinə operativ baxılaraq cinayəti törədən şəxsin qısa müddətdə müəyyən olunub məsuliyyətə cəlb edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
16.10.2026 - Vətəndaş Mehriban Abdullayeva
Vətəndaş Mehriban Abdullayeva yolda köməksiz vəziyyətdə qaldıqları zaman yardım göstərdiklərinə görə Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Bakı şəhər sakini Günsel Bağırzadə
Bakı şəhər sakini Günsel Bağırzadə onu narahat edən məsələ ilə bağlı aralarındakı narazılığın qarşılıqlı razılıq əsasında həll olunduğunu bildirərək müraciətinə diqqətlə baxıldığına görə Azərbaycan polisinə təşəkkür edir.
16.10.2026 - Vətəndaş Baxşəli Novruzov
Vətəndaş Baxşəli Novruzov avtomobili etibarnaməsiz idarə etdiyi üçün saxlanılarkən inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsinə, göstərilən diqqət və lazımi izahatların verilməsinə görə Naxçıvan ŞPİ DYPB-nin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Bakı şəhər sakini Fuad Allahverdiyev
Bakı şəhər sakini Fuad Allahverdiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda axtarış işi bağlı polis tərəfindən görülən operativ tədbirlər nəticəsində probleminin müsbət həll olunmasına görə DİN-in rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Vətəndaş Denis Kolnoqorov
Vətəndaş Denis Kolnoqorov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Hava limanının 1-ci terminalında mağazadan aldığım, dəyəri yüksək olan alış-veriş paketini itirmişdim. Polis əməkdaşları paketi taparaq mən gələnədək qoruyub saxlamışdılar. Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına, xüsusilə mənimlə şəxsən ünsiyyətdə olan rəhbər şəxsə göstərdikləri diqqətə və köməkliyə görə dərin təşəkkürümü bildirirəm”.