Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Şəbnəm Naibli Kurt üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Səidə Əhmədova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nərimanov RPİ-nin rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Fərid Şərifov müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Fatimə Hüseynzadə oğurlanan telefonunun qısa müddətdə tapılaraq ona qaytarılmasında əməyi olan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Rəvan Abbaslı oğurluq hadisəsilə bağlı etdiyi müraciətə operativ baxılaraq həmin şəxsin tutulub istintaqa təhvil verilməsində əməyi olan Nəsimi RPİ-nin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Aysun Qasımova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Mahmud Mansurov müraciətinə dərhal reaksiya verilərək ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Asiman Kərimov müraciətinə dərhal reaksiya verilərək ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fariz Bayramov Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.