Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Günel Seyidova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “05.11.2025-ci il tarixində üzləşdiyim problemlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət etdim. Polis əməkdaşları anında köməklik göstərdilər və onların köməyi ilə məsələ həllini tapdı. Buna görə də DİN-in rəhbərliyinə və 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Vətəndaş Orxan Bayramov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Dələduzluğa məruz qalmağımla bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət etdim. Sağ olsunlar, qısa zamanda araşdırma apararaq mənə köməklik göstərildi. Polis əməkdaşlarının dəstəyi sayəsində məsələ həll olundu və ödədiyim pul geri qaytarıldı. Dəstəyə görə Pirallahı Rayon Polis İdarəsinə təşəkkürümü bildirirəm”. ‪‬‬

Lənkəran şəhər sakini Nicat Axundov öz məktubunda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına və humanistliyə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Elvin Nəsirov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə və yüksək peşəkarlıqla gəldiyinə, ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunmasına görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Ağsu rayon sakini Zaur Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Balakən rayon sakini Nəfisət Mehdiyeva xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Oktay Ayadov müraciətinin müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Əcnəbi vətəndaş Jaslan Əxmətbekov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ünvanladığı müraciətinə operativ baxıldığına və köməklik göstərildiyinə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Azərin Oruclu itirdiyi qızıl-zinət əşyası ilə bağlı müraciətinə həssas yanaşıldığına, operativ tədbirlərlə göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.