Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.12.2025 - Xaçmaz rayon sakini Sakit Şükürov
Xaçmaz rayon sakini Sakit Şükürov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.12.2025 - Lerik rayon sakini Həsrət Nəcəfov
Lerik rayon sakini Həsrət Nəcəfov öz məktubunda onu narahat edən məsələ ilə bağlı müraciətinə dərhal reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
17.12.2025 - Cəlilabad rayon sakini Səid Əliyev
Cəlilabad rayon sakini Səid Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemin həllində göstərilən köməyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
17.12.2025 - Quba rayon sakini Səbiri Xalidov
Quba rayon sakini Səbiri Xalidov dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.12.2025 - Salyan rayon sakini Elxan Xəlilov
Salyan rayon sakini Elxan Xəlilov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
16.12.2025 - Vətəndaş Asif Səmədov
Vətəndaş Asif Səmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə Nərimanov Rayon Polis İdarəsində operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
16.12.2025 - Vətəndaş Səbuhi Zeynalov
Vətəndaş Səbuhi Zeynalov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, operativliyə və obyektiv araşdırmalara görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
16.12.2025 - Vətəndaş İlahə Hüseynova
Vətəndaş İlahə Hüseynova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən operativ tədbirlərin görüldüyünü qeyd edərək müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
16.12.2025 - Vətəndaş Leyla Baxşəliyeva
Vətəndaş Leyla Baxşəliyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində obyektiv araşdırma aparıldığını, müraciətinin qısa müddətdə müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, həyata keçirilmiş tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir, Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.