Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.12.2025 - Lənkəran şəhər sakini Kamran Əliyev
Lənkəran şəhər sakini Kamran Əliyev öz məktubunda müraciətinə operativ qaydada baxılmasına və onu narahat edən məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.12.2025 - Cəlilabad rayon sakini İlkin Cabbarov
Cəlilabad rayon sakini İlkin Cabbarov rayon ərazisindəki mənzillərdən birində baş verən yanğının söndürülməsində göstərdikləri operativliyə və yüksək peşəkarlığa görə Cəlilabad RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
12.12.2025 - Sosial şəbəkə istifadəçisi Elmir Orucov
Sosial şəbəkə istifadəçisi Elmir Orucov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırılmasına, ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə və vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə təşəkkürünü bildirir.
12.12.2025 - Abşeron rayon sakini Tərlan Həmdullayev
Abşeron rayon sakini Tərlan Həmdullayev öz məktubunda avtomobilindən oğurluq edilməsi ilə bağlı müraciətinin obyektiv və peşəkarlıqla araşdırılmasına görə Abşeron RPİ-nin istintaq şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.12.2025 - Masallı rayon sakini Müşviq Ağayev
Masallı rayon sakini Müşviq Ağayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciətinə operativ qaydada baxılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.12.2025 - Sosial şəbəkə istifadəçisi Səadət Əlizadə
Sosial şəbəkə istifadəçisi Səadət Əlizadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilməsinə, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə öz təşəkkürünü bildirir.
12.12.2025 - Abşeron rayon sakini Həsən Abdullayev
Abşeron rayon sakini Həsən Abdullayev öz məktubunda onu narahat edən məsələ ilə bağlı müraciətinə dərhal reaksiya verilməsinə, məsələnin müsbət həllini tapmasına görə Sabunçu RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.12.2025 - Astara rayon sakini Elvin Nəsirov
Astara rayon sakini Elvin Nəsirov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı yüksək peşəkarlıqla keçirilən qətiyyətli mübarizə tədbirlərinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
12.12.2025 - Vətəndaş Aydın Əsədullayev
Vətəndaş Aydın Əsədullayev müraciətində göstərilən diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.