Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Cahangir Ağayev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında yaşadığı ərazidə yerləşən piyada keçidinə yeni svetoforun quraşdırılması ilə bağlı təşəkkür edir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Aynur Quliyeva ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Amiraslan Sadıqov şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Qabil Nurəliyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şamaxı rayon sakini Ədalət Hacıyev müraciətinə operativ reaksiya verildiyinə görə, Şamaxı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Anar Babayev müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şəki rayon sakini Qabil Nurəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizəyə görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Amil Sultanov özünə məxsus fermadan oğurluq edən şəxsin qısa zaman kəsiyində yaxalanmasına və müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zərifə Hüseynova etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.