Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.11.2025 - Vətəndaş Aytən İsayeva
Vətəndaş Aytən İsayeva baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.11.2025 - Vətəndaş Mübarizə Yaqubova
Vətəndaş Mübarizə Yaqubova müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.11.2025 - Bakı şəhər sakini Samir Rəhimov
Bakı şəhər sakini Samir Rəhimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.11.2025 - Neftçala rayon sakini Malik Rəcəbov
Neftçala rayon sakini Malik Rəcəbov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
20.11.2025 - Vətəndaş Ceyhun Zaidov
Vətəndaş Ceyhun Zaidov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
20.11.2025 - Quba rayon sakini Azər Əsədov
Quba rayon sakini Azər Əsədov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.11.2025 - Quba rayon sakini Sənan Rəsulov
Quba rayon sakini Sənan Rəsulov özünə məxsus evdən oğurluq edən şəxsin qısa zaman kəsiyində yaxalanmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.11.2025 - Vətəndaş Nicat Sadiqov
Vətəndaş Nicat Sadiqov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.11.2025 - Vətəndaş Elmir Qasımov
Vətəndaş Elmir Qasımov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.