Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Mirhadı Hadıyev  DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, nəqliyyat vasitəsində xəstə olduğunu və təcili xəstəxanaya çatdırılması üçün yol-patrul xidməti əməkdaşlarından kömək istədiyini bildirib.  Vətəndaş yaxınının xəstəxanaya çatdırılmasında Pirallahı RPİ-nin DYPŞ-nin əməkdaşlarının köməklik göstərdiyini və onları xəstəxanayadək müşayiət etdiyini yazaraq xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Şabran rayon sakini Nuru Mirzəyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Xətai rayonu ərazisində nəqliyyat vasitəsinə zərər vurulması ilə bağlı ünvanladığı müraciətinə operativ baxıldığını, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək 36-cı PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Səbinə Bağırova məktubunda DİN-in rəhbərliyinə təşəkkürünü bildirir. O, kütləvi idman tədbirlərinin təşkili zamanı ictimai asayişin qorunmasında göstərdikləri nümunəvi xidmətə görə Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Tural İbrahimli DİN-ə ünvanladığı teleqramında daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Elxan Xəlilov məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Quba rayon sakini Musa Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Akif Nəcəfov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Bənövşə Qasımova etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Gövhər İsmayılova etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.