Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.12.2025 - Vətəndaş Taleh Mehdiyev
Vətəndaş Taleh Mehdiyev müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə təşəkkür edir.
18.12.2025 - Bakı şəhər sakini, şəhid anası olan Əfruz Qarayeva
Bakı şəhər sakini, şəhid anası olan Əfruz Qarayeva daxili işlər orqanlarında gənc əməkdaşlara, o cümlədən Şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
18.12.2025 - Sumqayıt şəhər sakini Elxan Ramazanov və bir qrup şəhər sakini
Sumqayıt şəhər sakini Elxan Ramazanov və bir qrup şəhər sakini DİN-ə təşəkkür məktubu yazıblar. Onlar polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində rayonda asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.
18.12.2025 - Vətəndaş Qismət Məmmədov
Vətəndaş Qismət Məmmədov DİN-ə təşəkkür məktubu yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə göstərilən operativliyə və obyektivliyə, həmçinin ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Ordubad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.12.2025 - Vətəndaş Vasif Alməmmədov
Vətəndaş Vasif Alməmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
18.12.2025 - Vətəndaş Ayaz Vəliyev
Vətəndaş Ayaz Vəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.12.2025 - Vətəndaş Pərviz İsayev
Vətəndaş Pərviz İsayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqət və köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.12.2025 - Bakı şəhər sakini Əbdül Səfabəyli
Bakı şəhər sakini Əbdül Səfabəyli Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
18.12.2025 - Vətəndaş Cəmalə Muradlı
Vətəndaş Cəmalə Muradlı müraciətinə həssas yanaşılaraq məmnunluğunun təmin olunmasına, xüsusi diqqətə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.