Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Türkan Məmmədova rayon ərazisindəki məktəblərdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Bayram Bədəlov müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Məryəm Hüseynova 235 nömrəli tam orta məktəbdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı keçirilən maarifləndirici tədbirə görə Pirallahı RPİ-nin kollektivinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Məhəmməd Şirinzadə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Təbriz Qasımov səhvən tanımadığı digər şəxsin bank kartına göndərdiyi pulun geri qaytarılmasında göstərilən köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Abşeron rayon sakini Sinar Cabbarov üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına və göstərilən diqqətə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Əli Yunuslu ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Elşən Həsənov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Nəzrin Əliyeva üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.