Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.11.2025 - Vətəndaş Fərid Şərifov
Vətəndaş Fərid Şərifov müraciətinə həssas yanaşılaraq məmnunluğunun təmin olunmasına, xüsusi diqqətə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
24.11.2025 - Bakı şəhər sakini Ehtiram Qurbanlı
Bakı şəhər sakini Ehtiram Qurbanlı müraciətinə həssas yanaşıldığına, Nərimanov RPİ və 18-ci Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul olunduğuna və göstərilən köməkliyə görə minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
24.11.2025 - Bakı şəhər sakini Gültəkin Quliyeva
Bakı şəhər sakini Gültəkin Quliyeva məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
24.11.2025 - Şahbuz rayon sakini Abdullah Ələkbərov
Şahbuz rayon sakini Abdullah Ələkbərov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Şahbuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
24.11.2025 - Vətəndaş Bəxtiyar Quliyev
Vətəndaş Bəxtiyar Quliyev müraciətinə həssas yanaşılaraq məmnunluğunun təmin olunmasına, xüsusi diqqətə və göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
24.11.2025 - Vətəndaş Gülşən Əliyeva
Vətəndaş Gülşən Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “04.11.2025-ci il tarixində paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində piyada zolağından keçərkən avtomobil ayağıma xəsarət yetirdi. Bu barədə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparıldı. Araşdırmanın gedişatından çox razı qaldım. Bu münasibətlə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.
24.11.2025 - Vətəndaş İlkin Əsədov
Vətəndaş İlkin Əsədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “05.10.2025-ci il tarixində üzləşdiyim xoşagəlməz ilə bağlı dərhal “102” Xidməti-Zəng Mərkəzinə məlumat verdim və dərhal hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəlib mənim həyatımı xilas etdilər. Hadisə ilə bağlı işə Nəsimi RPİ-nin Təhqiqat Şöbəsində baxıldı və mənə dəymiş zərərin ödənilməsində kömək olundu. Aparılan araşdırmalardan çox razıyam. Bu səbəbdən DİN-in və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan polisi!”.
24.11.2025 - Vətəndaş İldırım Həsənov
Vətəndaş İldırım Həsənov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “11.11.2025-ci il tarixində paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Araşdırmadan çox razı qaldım. Buna görə də Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.
24.11.2025 - Vətəndaş Mübariz Hacılı
Vətəndaş Mübariz Hacılı DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Daxili İşlər Nazirliyinə müraciət edərək Xocalı şəhərində ermənilər tərəfindən xarabalığa çevirilən evimizin darvazasının oğurlanması ilə bağlı məlumat verib, darvazanın tapılaraq yerinə quraşdırılmasını xahiş etmişdim. Müraciətimdən iki-üç gün keçməmiş Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları darvazanın tapılmasını və yerinə quraşdırılmasını təmin etdilər. Bu sevinci ailəmizə yaşatdıqlarına görə DİN-in və Xocalı Rayon Polis Şöbəsinin rəhbərliyinə, bu işdə əməyi olan bütün əməkdaşlara ailəm adından təşəkkür edirəm. Var olsun, Azərbaycan polisi! Daima güvən yerimiz olasınız”.