Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.11.2025 - Vətəndaş Rəsul Həmidov
Vətəndaş Rəsul Həmidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.11.2025 - Vətəndaş Uğur Qurbanov
Vətəndaş Uğur Qurbanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.11.2025 - Vətəndaş Günay Rəsulova
Vətəndaş Günay Rəsulova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə göstərilən operativliyə və obyektivliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.11.2025 - Vətəndaş Ruslan Əsədov
Vətəndaş Ruslan Əsədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.11.2025 - Vətəndaş Yasin Əşrəfli
Vətəndaş Yasin Əşrəfli DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi kibercinayət faktı bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.11.2025 - Vətəndaş Timur Rzayev
Vətəndaş Timur Rzayev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nəsimi rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə və Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.11.2025 - Vətəndaş Cəlil Əliyev
Vətəndaş Cəlil Əliyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.11.2025 - Vətəndaş Arif Hacıyev
Vətəndaş Arif Hacıyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində aparılan obyektiv araşdırmalarla müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və operativliyə görə DİN-in rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.11.2025 - Vətəndaş Ramil İbrahimli
Vətəndaş Ramil İbrahimli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək polis əməkdaşlarına minnətdarlığını bildirir.