Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Tamara İsmayılova müraciətinin obyektiv araşdırılmasına görə, Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Jurnalist Ruslan Eldaroğlu DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobil idarə edərkən səhhətinin pisləşdiyini və ərazidə xidmət aparan polis əməkdaşlarının köməklik göstərmək üçün ona yaxınlaşdığını qeyd edir. 
R.Eldaroğlu göstərilən xoş rəftar və nəzakətli davranışlara görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Vətəndaş Pərvin Musayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Gülşən Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqət və köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İsmail Karaağaç DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqət və köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Tofiq Zülfüqarov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı göstərilən köməkliyə, həmçinin ona hüquqi izahın verilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Lalə Babayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciəti üzrə həyata keçirilən tədbirlərə, həmçinin ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Sevda Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Fuad Mustafayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, qohumunun üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin onlara hüquqi izahın verilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.