Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Şəbnəm Şirinova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.

 

Vətəndaş Emrah Abdullayev və  Xalıq Ağayev DİN-in”Instagram” səhifəsində yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini yazır. O, məsələ ilə əlaqədar aparılan araşdırmadan razı qaldığını bildirərək göstərilən diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Niyaməddin Məmmədov DİN-ə yazdığı məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini yazır. O, məsələ ilə əlaqədar aparılan araşdırmadan razı qaldığını bildirərək göstərilən diqqətə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

 

Vətəndaş Aqşin Məmmədov üzləşdiyi çətinliklə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Əhməd Səfərov və Elnur Həsənov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

İmişli rayon sakini Nahid Şıxəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, İmişli RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Günel Qazıxanova müraciətinə dərhal və operativ reaksiya verilərək lazımi köməklik göstərildiyinə görə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.

Vətəndaş Sənan Hacıyev baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Əcnəbi vətəndaş Nurselin Turgut üzləşdiyi problem ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.