Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
09.01.2026 - Vətəndaşlar Fərqanə Həmidova və Faiq Hüseynov
Vətəndaşlar Fərqanə Həmidova və Faiq Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıblar. Onlar baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqət və köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirirlər.
09.01.2026 - Vətəndaşlar Orxan Əliyev və Emil Əliyev
Vətəndaşlar Orxan Əliyev və Emil Əliyev məktublarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə DİN rəhbərliyi başda olmaqla, Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.
09.01.2026 - Vətəndaş Mehti Şahbazov
Vətəndaş Mehti Şahbazov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı göstərilən köməkliyə görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
09.01.2026 - Vətəndaş Zaman Əliyev
Vətəndaş Zaman Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
09.01.2026 - Vətəndaş Vamiq Camalov
Vətəndaş Vamiq Camalov müraciətinin müsbət həll olunmasına görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
08.01.2026 - Vətəndaş Mehman Mehmanov
Vətəndaş Mehman Mehmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə DİN rəhbərliyini və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
08.01.2026 - Vətəndaş Tural Məmmədov
Vətəndaş Tural Məmmədov məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində obyektiv araşdırma aparıldığını, müvafiq tədbirlərin görüldüyünü və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına təşəkkür edir.
08.01.2026 - Vətəndaş Şəfa Hüseynova
Vətəndaş Şəfa Hüseynova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını və obyektiv araşdırıldığını qeyd edərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
08.01.2026 - Vətəndaş Altay Cəfərov
Vətəndaş Altay Cəfərov məktubunda Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ baxılaraq müvafiq tədbirlərin görüldüyünü bildirir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə təşəkkür edir.