Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.01.2026 - Ucar rayon sakini Təhminə Fərmanova
Ucar rayon sakini Təhminə Fərmanova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Bakı ŞBPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
07.01.2026 - Vətəndaş Emil Məmmədov
Vətəndaş Emil Məmmədov baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.01.2026 - Vətəndaş Arif İsgəndərov
Vətəndaş Arif İsgəndərov müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərlə edilən köməkliyə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
07.01.2026 - Vətəndaş Rahid Rəşidov
Vətəndaş Rahid Rəşidov DİN-in sosial şəbəkə səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.01.2026 - Vətəndaş Sevda Məmmədova
Vətəndaş Sevda Məmmədova mobil telefonunun oğurlanması ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.01.2026 - Bakı şəhər sakini Təhminə Əliyeva
Bakı şəhər sakini Təhminə Əliyeva məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
07.01.2026 - Abşeron rayon sakini Albina Boçkaryova
Abşeron rayon sakini Albina Boçkaryova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.01.2026 - Salyan rayon sakini Elxan Xəlilov
Salyan rayon sakini Elxan Xəlilov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
06.01.2026 - Vətəndaş Ramiz İbrahimzadə
Vətəndaş Ramiz İbrahimzadə DİN-ə təşəkkür məktubu yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə ona dəyən ziyanın ödənilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.