Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ayxan Vəliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin görüldüyünü bildirir. O, operativliyə, obyektivliyə və həyata keçirilən tədbirlərə görə həmin idarənin əməkdaşlarına təşəkkür edir.

Zərdab rayon sakini Qərib Qəribli DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə təşəkkür edir.

Xalq artisti Nəzakət Teymurova üzləşdiyi problemlə bağlı etdiyi müraciətə operativ baxılaraq müsbət həll olunmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Elçin Ağəliyev işini şərəflə, vicdanla yerinə yetirdiklərinə və hər zaman qayda qanunlara doğru şəkildə əməl etdiklərinə görə Naxçıvan ŞPİ DYPB-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Röyal Səlimov ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Şakir Abbasov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Rəhilə Sadıxova xəsarət aldığı yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətində ona göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Fərid Məmmədov xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Murtuz Aslanov ünvanladığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlıq edir.