Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini Natiq Əliyev DİN-ə təşəkkür məktubu yazıb. O, müraciəti ilə əlaqədar ona lazımi hüquqi izahların verilməsinə, vətəndaş məmnunluğunun təmin edilməsinə, göstərilən diqqətə və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Kamil Qasımov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılaraq araşdırılmasına və vətəndaş məmnunluğunun təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Ceyhun Şəmşirov öz məktubunda DİN rəhbərliyi tərəfindən keçirilən vətəndaş qəbulu zamanı müraciətinin diqqətlə dinlənilməsinə, onu narahat edən məsələ ilə bağlı lazımi köməyin göstərilməsinə görə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Tural Tanırverdiyev müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Göygöl rayon sakini Məzahir Quliyev müraciətinə operativ baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Şəmkir rayon sakini Rəna Həsənova müraciətinin müsbət həll edilməsinə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Elvin Yusubov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında onu narahat edən hallarla bağlı müraciəti ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və həmin neqativ halların aradan qaldırıldığını qeyd edərək həyata keçirilən tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Goranboy rayon sakini Narıngül Mahmudova məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Fariz İbrahimov təşəkkür məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.