Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.01.2026 - Bakı şəhər sakini İsmayıl Vəkili
Bakı şəhər sakini İsmayıl Vəkili Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılaraq müsbət həll edildiyinə və dəymiş maddi ziyanın tam şəkildə ödətdirilməsinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.01.2026 - Bakı şəhər sakini Leyla Səmədova
Bakı şəhər sakini Leyla Səmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə diqqətlə və həssaslıqla yanaşılmasına, məsələnin qısa müddətdə obyektiv araşdırılaraq müsbət həllini tapmasına və ona dəymiş ziyanın tam şəkildə ödətdirilməsinin təmin edilməsinə görə Abşeron Rayon Polis İdarəsinin istintaq bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.01.2026 - Vətəndaş Sürətulla Axundov
Vətəndaş Sürətulla Axundov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda yaşadığı Astara rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, əldə olunan müsbət nəticələrə, polis əməkdaşlarının xidməti vəzifələrini yüksək peşəkarlıqla həyata keçirmələrinə görə DİN və Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
12.01.2026 - Vətəndaş Telman Səfərov
Vətəndaş Telman Səfərov məktubunda müraciətinə göstərilən diqqətə, həmçinin həyata keçirilən tədbirlərə görə Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.01.2026 - Əcnəbi vətəndaş Mohammedrza Rehmani
Əcnəbi vətəndaş Mohammedrza Rehmani DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə göstərdikləri operativliyə və qısa zamanda müraciətinin müsbət həll olunmasına görə Səbail RPİ 39-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.01.2026 - Vətəndaş Ruhiyyə Şəfiyeva
Vətəndaş Ruhiyyə Şəfiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına, həyata keçirilən tədbirlərə və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.01.2026 - Vətəndaş Səməd Babayev
Vətəndaş Səməd Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.01.2026 - Vətəndaş Aydın Məmmədov
Vətəndaş Aydın Məmmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərilən operativliyə və obyektivliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.01.2026 - Vətəndaş Xatirə Məhərrəmova
Vətəndaş Xatirə Məhərrəmova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.