Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.02.2026 - Bakı şəhər sakini Nurlan Əliyev
Bakı şəhər sakini Nurlan Əliyev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
03.02.2026 - Vətəndaş Əziz Abdullayev
Vətəndaş Əziz Abdullayev DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
03.02.2026 - Vətəndaş Venera Əskərova
Vətəndaş Venera Əskərova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə həmçinin Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
03.02.2026 - Bakı şəhər sakini Ülviyyə İmanlı
Bakı şəhər sakini Ülviyyə İmanlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.02.2026 - Vətəndaş Cavad Quliyev
Vətəndaş Cavad Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar göstərilən operativ köməkliyə və ona hüquqi izah verilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.02.2026 - Bakı şəhər sakini Ayxan Rüstəmli
Bakı şəhər sakini Ayxan Rüstəmli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
03.02.2026 - Vətəndaş İlham Məmmədov
Vətəndaş İlham Məmmədov DİN-ə təşəkkür məktubu göndərib. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
03.02.2026 - Bakı şəhər sakini Rəfiqə Hüseynova
Bakı şəhər sakini Rəfiqə Hüseynova məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
03.02.2026 - Vətəndaş Habil Zülfüqarov
Vətəndaş Habil Zülfüqarov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, övladının itkin düşməsi ilə bağlı polisə müraciət etdiyini, qısa zamanda itkin düşmə kimi axtarışa elan edilmiş övladının tapılaraq təhvil verilməsinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.