Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.01.2026 - Vətəndaş Günel İsmayılova
Vətəndaş Günel İsmayılova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında pulqabısının itməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, görülmüş tədbirlərlə pulqabısının içindəki vəsaitlə birgə tapılaraq ona təhvil verildiyini bildirir. O, həyata keçirilmiş tədbirlərə və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
13.01.2026 - Vətəndaş Esmira Rəsulova
Vətəndaş Esmira Rəsulova özü və bir sıra paytaxt sakinlərinin adından DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Onlar yaşadıqları Badamdar qəsəbəsi ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı həyata keçirilən tədbirlərə və ictimai təhlükəsizliyin etibarlı təmin olunmasına görə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirirlər.
13.01.2026 - Neftçala rayon sakini Kamil Ağayev
Neftçala rayon sakini Kamil Ağayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və kollektivinə təşəkkür edir.
13.01.2026 - Sosial şəbəkə istifadəçisi Aytac Əhməd
Sosial şəbəkə istifadəçisi Aytac Əhməd baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
13.01.2026 - Sumqayıt şəhər sakini Cahangir Mahmudlu
Sumqayıt şəhər sakini Cahangir Mahmudlu DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
13.01.2026 - Vətəndaş Lalə Həsənova
Vətəndaş Lalə Həsənova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
12.01.2026 - Vətəndaş Firudin Şıxıyev
Vətəndaş Firudin Şıxıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara və həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.01.2026 - Vətəndaş Elmir Məmmədov
Vətəndaş Elmir Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, operativliyə və obyektiv araşdırmalara görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
12.01.2026 - Vətəndaş Səbuhi Ağayev
Vətəndaş Səbuhi Ağayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, operativliyə və obyektiv araşdırmalara görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.