Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.01.2026 - Vətəndaş Almaz Hacızadə
Vətəndaş Almaz Hacızadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, anasının itkin düşməsiylə bağlı polisə müraciət etdiyini, keçirilən operativ tədbirlərlə qısa vaxt ərzində anasının tapılmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
06.01.2026 - Vətəndaş Narxanım Xəlilova
Vətəndaş Narxanım Xəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.01.2026 - Vətəndaş Qalib Namazov
Vətəndaş Qalib Namazov Sumqayıt şəhərində avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, yol polisi əməkdaşlarının yollarda vətəndaşların təhlükəsizliyi üçün gördükləri tədbirlərin təqdirəlayiq olduğunu qeyd edərək Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.01.2026 - Vətəndaş Arzu Vahabova
Vətəndaş Arzu Vahabova DİN-in “Facebook” səhifəsinə yazdığı təşəkkür mesajında müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.01.2026 - Vətəndaş Nihad Bünyadov
Vətəndaş Nihad Bünyadov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.01.2026 - Bakı şəhər sakini Elnaz Əlibəyova
Bakı şəhər sakini Elnaz Əlibəyova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
05.01.2026 - Abşeron rayon sakini Nicat Abuşov
Abşeron rayon sakini Nicat Abuşov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində başlanılmış cinayət işi üzrə obyektiv araşdırma aparılaraq ədalətli qərar qəbul edilməsinə görə DİN-in rəhbərliyinə və Sumqayıt ŞPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.01.2026 - Vətəndaş Sakin Səfərov
Vətəndaş Sakin Səfərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
05.01.2026 - Vətəndaş Rəvan Həsənli
Vətəndaş Rəvan Həsənli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Oğlumun DİN-in Polis Akademiyasına qəbul olmaq istəyi ilə bağlı Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları maarifləndirici söhbətlər apardılar. Daha sonra idarə rəisi valideynləri və namizədləri qəbul edərək tövsiyələrini verdi. Bu gün isə Polis Akademiyasına ekskursiya təşkil olunaraq onlar tanış edildi. Valideyn kimi göstərilən diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”.