Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.02.2026 - Sosial şəbəkə istifadəçisi Fərid Ağazadə
Sosial şəbəkə istifadəçisi Fərid Ağazadə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq müsbət həll edildiyinə və göstərilən köməkliyə görə Xətai RPİ-nin rəhbərliyinə minnətdarlıq edir.
27.02.2026 - Sosial şəbəkə istifadəçisi Aynurə Əliyeva
Sosial şəbəkə istifadəçisi Aynurə Əliyeva ünvanladığı mesajında itirdiyi əşyası ilə bağlı polisə müraciət etdiyini və qısa zamanda itən əşyasının tapılmasında göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.
27.02.2026 - Sosial şəbəkə istifadəçisi Haspı Tosun
Sosial şəbəkə istifadəçisi Haspı Tosun ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin kollektivinə təşəkkürünü bildirir.
27.02.2026 - Sosial şəbəkə istifadəçisi Əsmər Əhmədova
Sosial şəbəkə istifadəçisi Əsmər Əhmədova müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
27.02.2026 - Sosial şəbəkə istifadəçisi Arif Talıbov
Sosial şəbəkə istifadəçisi Arif Talıbov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
27.02.2026 - Bakı şəhər sakini Əziz Məmmədov
Bakı şəhər sakini Əziz Məmmədov ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin qorunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirən Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
26.02.2026 - Vətəndaş Fərid Cəbrayılov
Vətəndaş Fərid Cəbrayılov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Başda Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov olmaqla 35-ci Polis Bölməsinin rəisi və əməkdaşlarına minnətdarlıq edirəm göstərilən diqqət üçün. Vətəndaş olaraq qürur duyuram ki, bizim polisimiz hər zaman vətəndaşlarının dayağında, qayğısında durur.”
26.02.2026 - Vətəndaş Abdulla Abdullayev
Vətəndaş Abdulla Abdullayev DİN-ə ünvanlandığı məktubunda belə humanistliyə, diqqətə və göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Pirallahı rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.02.2026 - Bakı şəhər sakini Nəzrin Bəkirli
Bakı şəhər sakini Nəzrin Bəkirli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.