Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.05.2026 - Sosial şəbəkə istifadəçisi Nəsrəddin Tarverdizadə
Sosial şəbəkə istifadəçisi Nəsrəddin Tarverdizadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında dələduzluqla üzləşməsi ilə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Xətai RPİ-nin 35-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.05.2026 - Vətəndaş Elnarə Musayeva
Vətəndaş Elnarə Musayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə bağlı lazımi köməyin göstərilməsinə, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə, vətəndaşların hüquq və mənafelərinin etibarlı qorunmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
12.05.2026 - Bakı şəhəri Binəqədi rayon sakini Bənövşə Əliyeva
Bakı şəhəri Binəqədi rayon sakini Bənövşə Əliyeva DİN-ə yazdığı məktubunda yaşadığı ərazidə ictimai asayişin etibarlı qorunmasına, bu istiqamətdə aparılan profilaktik tədbirlərə görə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.05.2026 - Məktəb direktoru Hasil Bayramov
Cəlilabad rayon Qarazəncir kənd tam orta ümumtəhsil məktəbinin direktoru Hasil Bayramov DİN-ə yazdığı məktubunda yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunması, o cümlədən məktəblilərin rahat hərəkətinin təmini məqsədilə təhsil müəssisəsinin qarşısına işıqfor quraşdırılmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və aidiyyəti əməkdaşlarına təşəkkürünü bildirir.
12.05.2026 - Biləsuvar rayon sakini Emin Paşazadə
Biləsuvar rayon sakini Emin Paşazadə DİN-ə yazdığı məktubunda müraciətinə operativ baxılaraq qanunamüvafiq qaydada tədbirlərin görülməsinə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
12.05.2026 - Bakı şəhər sakini Sevda Nəsirova
Bakı şəhər sakini Sevda Nəsirova DİN-ə yazdığı məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə, yüksək peşəkarlığa və operativliyə görə İsmayıllı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.05.2026 - Cəlilabad rayon sakini Xalid Abuşov
Cəlilabad rayon sakini Xalid Abuşov DİN-ə yazdığı məktubunda onu narahat edən problemlə bağlı müraciətinə operativ baxılmasına və lazımi köməyin göstərilməsinə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
09.05.2026 - Xaçmaz rayon sakini Əvəz Məhərrəmov
Xaçmaz rayon sakini Əvəz Məhərrəmov etdiyi müraciətinə həssas yanaşılmasına görə başda DİN rəhbərliyi olmaqla, Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
08.05.2026 - Vətəndaş Əsədulla Əsədov
Vətəndaş Əsədulla Əsədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.