Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.05.2026 - Sosial şəbəkə istifadəçisi Rəşad Kazımov
Sosial şəbəkə istifadəçisi Rəşad Kazımov mesajında yazır ki, Baş Dövlət Yol Polisi İdarəsində araşdırılan müraciəti müsbət həll edilib. O, buna görə idarə əməkdaşlarına minnətdarlıq edir.
12.05.2026 - Vətəndaş Elnur Yadigarov
Vətəndaş Elnur Yadigarov müraciəti üzrə obyektiv təhqiqat araşdırması aparılaraq işin məhkəməyə göndərilməsinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.05.2026 - Sosial şəbəkə istifadəçisi Elçin Əsgərov
Sosial şəbəkə istifadəçisi Elçin Əsgərov yazır ki, Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olub. Hadisə yerinə gələn polis əməkdaşı peşəkarlıq göstərərək hadisə yerini mühafizə edib və vətəndaşlara köməklik göstərib. O, buna görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.05.2026 - Sosial şəbəkə istifadəçisi Zeynəb Balakişiyeva
Sosial şəbəkə istifadəçisi Zeynəb Balakişiyeva Daxili İşlər Nazirliyinin instaqram hesabına yazdığı mesajında Xətai rayonu ərazisində iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin operativ araşdırılmasına və müraciətinin təmin olunmasına görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
12.05.2026 - Sosial şəbəkə istifadəçisi Nacibə Səmədova
Sosial şəbəkə istifadəçisi Nacibə Səmədova müraciətinə operativ şəkildə reaksiya verildiyinə və ona lazımi köməklik göstərildiyinə görə başda DİN rəhbərliyi olmaqla, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına öz dərin təşəkkürünü bildirir.
12.05.2026 - Sosial şəbəkə istifadəçisi Ülviyyə Həsənova
Sosial şəbəkə istifadəçisi Ülviyyə Həsənova Daxili İşlər Nazirliyinin instaqram hesabına yazdığı mesajında müraciətinə humanist və ədalətli yanaşılaraq müsbət həll edilməsinə görə DİN rəhbərliyinə öz dərin minnətdarlığını bildirir.
12.05.2026 - Vətəndaş Toğrul Nəbiyev
Vətəndaş Toğrul Nəbiyev şikayətinin tam hüquq çərçivəsində, obyektiv və qərəzsiz şəkildə araşdırılaraq təmin edilməsinə görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına minnətdarlığını bildirir, fəaliyyətlərində uğurlar arzulayır.
12.05.2026 - Bakı şəhər sakini Qırxlar Bədəlov
Bakı şəhər sakini Qırxlar Bədəlov üzləşdiyi dələduzluq hadisəsinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
12.05.2026 - Sosial şəbəkə istifadəçisi Zamiq Ələkbərov
Sosial şəbəkə istifadəçisi Zamiq Ələkbərov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında metropoliten ərazisində pulunu itiriməsi ilə bağlı etdiyi müraciətə çecik reaksiya verilməsinə və həmin pulun tapılaraq ona qaytarılmasına görə Metropolitendə Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.