Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Heydərəli Hacıyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə dərhal reaksiya verilərək onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Aytən Hacıyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında ümumi istifadədə olan yolun qanunsuz zəbt olunması ilə bağlı müraciətinin operativ və qanunvericiliyin tələblərinə uyğun həll edilməsinə görə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Elvin Həsənov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında yaranmış antisanitar vəziyyətlə bağlı müraciətinə operativ baxıldığını və görülən tədbirlərlə problemin qısa müddətdə aradan qaldırıldığını qeyd edərək Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Elnur Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi zamanı hadisə yerinə gələn polis əməkdaşının göstərdiyi köməyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Türkel Abdıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının qarşısının alınması istiqamətində keçirilən maarifləndirici tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Aysel Abbasova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Onur Qəribli baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi İsgəndər Abbas müraciətinə operativ baxıldığına, obyektiv araşdırma aparıldığına və müraciətinin müsbət həll olunduğuna görə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Pərvanə Novruzova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin 22-ci PŞ-nin kollektivinə minnətdarlığını bildirir.