Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Aqil Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında içərisində pul və vəsiqələrinin olduğu pulqabısını itirməsi barədə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, polis əməkdaşları tərəfindən qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN-in rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Elnur Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “06.02.2026-cı il tarixində paytaxtın Nərimanov rayonunun Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim və araşdırmadan razı qaldım. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”. 

Vətəndaş Rasim Məmmədov DİN-in “Instagram” səhifəsinə mesajında Bərdə Rayon Polis Şöbəsinə qızının sinif yoldaşı tərəfindən narahat olunması ilə bağlı etdikləri müraciətə operativ reaksiya verildiyini və görülmüş tədbirlərlə məsələnin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, müraciətlərinə həssas yanaşılmasına görə özü və ailəsi adından DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Cəfər Cəfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb. O, mesajında Nəsimi rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə və Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Emil Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdim. Müraciətimə dərhal və diqqətlə baxıldığına, oğurlanmış mobil telefonun qısa müddətdə tapılaraq özümə qaytarıldığına görə DİN-in rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm. Peşəkar və operativ xidmətlərinə görə Azərbaycan polisinə uğurlar arzulayıram. Yaşasın, Azərbaycan polisi!”.

Vətəndaş Bəşir Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti üzrə Nəsimi Rayon Polis İdarəsində aparılan istintaq araşdırması nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edildiyini qeyd edərək ədalətin bərqərar olmasına və müraciətinin müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Adil Çələbiyev DİN-in “Instagram” səhifəsinə mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nuranə Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramında müraciətinə operativ baxıldığını, Binəqədi Rayon Polis İdarəsində obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Rasim Abbasov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti üzrə obyektiv araşdırma aparıldığını qeyd edərək ədalətin bərqərar olmasına və müraciətinin müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.