Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elgiz Musayev DİN-ə göndərdiyi təşəkkür məktubunda müraciəti ilə əlaqədar Nizami Rayon Polis İdarəsində əzakətlə qarşılanaraq dinlənildiyini və müvafiq tədbirlərin həyata keçirildiyini bildirir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Sadiq Qasımov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında ünvanladığı müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və qısa müddətdə müsbət həllinin təmin olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş İradə Rəsulova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, itirdiyi əşyasının qısa zamanda tapılaraq təhvil verilməsinə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Səməd Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini  Cavad Mustafayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda məktəblərdə, o cümlədən onun rəhbərlik etdiyi məktəbdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini qeyd edir. Bu tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən C.Mustafayev DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Ümid Səmidov DİN-in “Instagram” səhifəsinə mesajında pulqabısını itirməsilə bağlı polis əməkdaşlarının operativliyi nəticəsində qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Kənan Səfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin  əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Fatimə Əliyeva DİN-in “Instagram” səhifəsinə mesajında Abşeron Rayon Polis İdarəsinə bir nəfər şəxs tərəfindən narahat olunması ilə bağlı etdikləri müraciətə operativ reaksiya verildiyini və görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, müraciətlərinə həssas yanaşılmasına görə özü və ailəsi adından DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Canpolad Əkbərov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.