Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Vüqar Nadirov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin müsbət həll edilməsinə  görə  Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.

Vətən müharibəsi iştirakçısı Orxan Vəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda qaziyə göstərilən diqqətə və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Xəzər RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Tarix Əliyev müraciətinin müsbət həll olunmasına görə, Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Vətəndaş Elgiz Əhmədov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şəki rayon sakini Raqif Məmmədov müraciətinin obyektiv araşdırılmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qəbələ rayon sakini Nurəddin Xanlarov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Qəbələ RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Balakən rayon sakini Könül Süleymanova müraciətinin müsbət həll olunmasına görə, Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Mehman Qurbanov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Mətanət Səfərova müraciətinin müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.