Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nurəddin Abışov ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 40-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş İsmiyyət Kərimov müraciəti üzrə qısa müddətdə qanunauyğun tədbirlər görülərək ona dəymiş ziyanın ödətdirilməsini təmin etdiyinə görə Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Elməddin Hüseynli Daxili İşlər Nazirliyinin insteqram hesabına yazdığı mesajda Naxçıvan hava nəqliyyatında itən yükünün polis tərəfindən qısa müddətdə tapılıb qaytarıldığı üçün DİN rəhbərliyinə və polis əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Vaqif Behbudov yazdığı məktubunda müraciətinə diqqət və qayğı ilə yanaşıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Elnarə İsmayılova Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarına müraciətinə operativ baxıldığı və problemin həll edildiyi üçün təşəkkür edir. O, yazır ki, dövlətin keşiyində duran Azərbaycan polisi qanunların aliliyini həmişə tam təmin edir. 

Bakı şəhər sakini Tale İsmayılov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı polisə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.     

Vətəndaş Şaiq İbrahimov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi məsələ ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Ceyhun Ağayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 04.04.26-cı il tarixində onlayn dələduzluq ilə üzləşdim. Müraciətim əsasında Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən məsələyə tez bir zamanda baxılaraq mənə dəymiş ziyan ödətdirildir. 9-cu Polis Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə dərin təşəkkürlərimi bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.

Vətəndaş Mirzə Gözəlov DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.