Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Əcnəbi vətəndaş Şarma DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mənim adım Şarmadır. Qaldığım yer ilə bağlı problem yaranmışdı və polis əməkdaşları köməyə gəldilər. Hazırda hər şey qaydasındadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Səbail Rayon Polis İdarəsinə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.

Sosial şəbəkə istifadəçisi Ləman Abdullayeva dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş ziyanın ödənilməsinin təmin edilməsinə görə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Nilufər Mirzəyeva məişət səs-küyü ilə bağlı müraciətinə operativ reaksiya verilərək müvafiq tədbirlər görülməklə müraciətinin müsbət həll edildiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Mükrəmin Babazadə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş ziyanın ödənilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Elnur Əliyev baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Rəşad Şəfiyev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Teymur Qasımov aldadılması ilə bağlı müraciətinə operativ baxılaraq tez bir zamanda müsbət həllini tapmasında ona göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Səbinə Mirzəzadə üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Leyla Məmmədova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.