Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.05.2026 - Vətəndaşlar Heydər Əlicabarov, Real Rəhmətov, Məmməd Baharov və Sənan Mustafayev
Vətəndaşlar Heydər Əlicabarov, Real Rəhmətov, Məmməd Baharov və Sənan Mustafayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.
25.05.2026 - Quba rayon sakini Azər Vəlixanov
Quba rayon sakini Azər Vəlixanov etdiyi müraciətinin operativ araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
25.05.2026 - Vətəndaş Cənnət Müstəcəbova
Vətəndaş Cənnət Müstəcəbova itirdiyi portmanatının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.05.2026 - Bakı şəhər sakini Esmira Rəsulova
Bakı şəhər sakini Esmira Rəsulova etdiyi müraciəti üzrə ona müvafiq köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.05.2026 - Vətəndaş Qənirə Pickup
Vətəndaş Qənirə Pickup DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 07.05.2026-cı il tarixdə Peyman adlı şəxsin mənə qarşı nalayiq ifadələr işlədərək mübahisə yaratması, eləcə də mənə əl ilə xəsarət yetirməsi ilə bağlı Yasamal RPİ 26-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə təqdim edilmiş və barəsində 20 sutka inzibati həbs qərarı verilmişdir. Müraciətimə operativ baxıldığı və görülən tədbirlərə görə başda cənab Nazir olmaqla polis əməkdaşlarına təşəkkürümü bildirirəm.
25.05.2026 - Vətəndaş Emil Uğurov
Vətəndaş Emil Uğurov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 14.05.2026-cı il tarixdə Xətai RPİ-nin 35-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal baxıldı və müsbət həllini tapdı. Bu səbəbdən cənab Nazir Vilayət Eyvazov başda olmaqla Xətai RPİ-nin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
25.05.2026 - Vətəndaş Nizami Nağıyev
Vətəndaş Nizami Nağıyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Nağıyev Nizami Elşad oğlu, bu gün Nərimanov rayonunda baş vermiş avtoqəza ilə əlaqədar aparılmış araşdırmadan çox məmnun qaldım. Buna görə hörmətli cənab Nazirə təşəkkürümü bildirirəm.
25.05.2026 - Vətəndaş Xuraman Məmmədova
Vətəndaş Xuraman Məmmədova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Məmmədova Xuraman Həmid qızı, 10.05.2026-cı il tarixində ərizə ilə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilib, mənə lazımi köməklik göstərilmişdir. Buna görə cənab Nazir, Sizə və Xətai RPİ-nin rəhbərliyi və əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan polisi.
25.05.2026 - Əcnəbi vətəndaş Kim Stanislav
Əcnəbi vətəndaş Kim Stanislav DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mənim adım Stanislav Kimdir, Qazaxıstan vətəndaşıyam. 14 may 2026-cı ildə işimlə bağlı Bakıya, Azərbaycana gəldim. 17 may 2026-cı ildə pulun itdiyini öyrəndim. Oğurluq barədə məlumat vermək üçün 102-yə zəng etdim, sonra çantamda pulu tapdım. Yenidən 102-yə zəng etdim və heç bir şikayət olmadığını bildirdim. Azərbaycan Polisinə, xüsusən də 9-cu bölmənin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
Təşəkkür edirəm.