Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.05.2026 - Vətəndaş Əzizəxanım Tanrıverdi
Vətəndaş Əzizəxanım Tanrıverdi DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında keçmiş həyat yoldaşı ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət etdiyini qeyd edir. Ə.Tanrıverdi vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə 27-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.05.2026 - Vətəndaş Babək Məmmədov
Vətəndaş Babək Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Yasamal Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildim, müraciətimlə bağlı aparılan araşdırmaların gedişi və müddəti haqqında mənə ətraflı məlumat verildi. Müraciətimə operativ şəkildə baxıldığı və vaxtında cavablandırıldığı üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
25.05.2026 - Vətəndaş Nərgiz Nəbiyeva
Vətəndaş Nərgiz Nəbiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ şəkildə reaksiya verildi və mənə lazımi köməklik göstərildi. Buna görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.
25.05.2026 - Vətəndaş Bahar Məmmədova
Vətəndaş Bahar Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.05.2026 - Vətəndaş Orxan Əsədov
Vətəndaş Orxan Əsədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara və ona hüquqi izahın verilməsinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
25.05.2026 - Vətəndaş Nurlan Ələsgərov
Vətəndaş Nurlan Ələsgərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki məktəblərdə kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini bildirir. Bu tədbirlərin təqdirəlayiq olduğunu qeyd edən N.Ələsgərov DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
25.05.2026 - Xətai rayon sakini Aidə Hüseynova
Xətai rayon sakini Aidə Hüseynova məktubunda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
25.05.2026 - Nərimanov rayonunda yerləşən 82 saylı tam orta məktəbin direktoru Məlahət...
Nərimanov rayonunda yerləşən 82 saylı tam orta məktəbin direktoru Məlahət Rəhimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəblərdə, o cümlədən qeyd olunan məktəbdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini qeyd edir. Bu tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən direktor özü və məktəbin kollektivi adından DİN rəhbərliyinə və Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.05.2026 - Sabunçu rayon sakini Nailə Məmmədli
Sabunçu rayon sakini Nailə Məmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına görə Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.