Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.12.2025 - Vətəndaş Günel Mustafayeva
Vətəndaş Günel Mustafayeva etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2025 - Quba rayon sakini Habil Məhərrəmov
Quba rayon sakini Habil Məhərrəmov etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir
25.12.2025 - Bakı şəhər sakini Fail Səfərov
Bakı şəhər sakini Fail Səfərov qohumunun itən mobil telefonunun qısa zaman ərzində tapılaraq geri qaytarılmasına görə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2025 - Quba rayon sakini Fərhad Hacıyev
Quba rayon sakini Fərhad Hacıyev etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2025 - Cəlilabad rayon sakini Murad Məmmədov
Cəlilabad rayon sakini Murad Məmmədov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında öz məktubunda müraciətinə çevik baxılmasına və həssaslıqla yanaşılmasına görə DİN və Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
25.12.2025 - Bakı şəhər sakini Cavid Babayev
Bakı şəhər sakini Cavid Babayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinə operativ qaydada baxılaraq qanunamüvafiq tədbirlərin görülməsinə və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.12.2025 - Vətəndaş Rafael Növbərov
Vətəndaş Rafael Növbərov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və lazımi köməyin göstərilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
25.12.2025 - Vətəndaş Əli Nuruşov
Vətəndaş Əli Nuruşov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında idarə etdiyi avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmadan məmnunluğunu ifadə edir və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
25.12.2025 - Sosial şəbəkə istifadəçisi Sevda İbrahimova
Sosial şəbəkə istifadəçisi Sevda İbrahimova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında içərisində pul olan əl çantasının oğurlanması ilə bağlı müraciətinə operativ qaydada baxılmasına, əməli törədən şəxsin müəyyən edilməsinə və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin olunmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.