Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nuranə Zeynalova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Mənim müraciətimə operativ qaydada baxıldı. Polis əməkdaşları qısa müddət ərzində mənə qarşı dələduzluq etmiş şəxsi müəyyən etdilər və mənə dəymiş maddi ziyan tam şəkildə ödənildi. DİN-in və Gəncə ŞBPİ-nin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Vətəndaş Ülviyyə Babayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin minnətdarlığımı bildirmək istəyirəm. Alt qonşumun evindən mütəmadi olaraq gələn səs-küydən narahat idik. Müraciət etdikdən sonra dərhal qanuni tədbir görüldü. Müraciətimə baxıldı və problem qısa zamanda həll edildi. DİN-in və Xətai RPİ-nin rəhbərliyinə, həmçinin əməkdaşlarına təşəkkür edirəm”.

Bakı şəhər sakini Çingiz Qurbanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, Nəsimi Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmasına görə DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sərxan Cəfərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Rüfət Zəbbərov DİN-in sosial şəbəkə səhifəsinə yazdığı təşəkkür mesajında məişət səs-küyü ilə bağlı etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir

Vətəndaş Sevinc Mustafayeva baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Nigar Həbibova müraciətinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini, Şəhid ailəsi olan Məhluqə Atakişiyeva müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Dilbazi Balayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə minnətdarlığını bildirir.