Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.12.2025 - Cəlilabad rayon sakini Fətəli Hüseynov
Cəlilabad rayon sakini Fətəli Hüseynov müraciətinə həssalıqla yanaşılmasına və onu narahat edən məsələ ilə bağlı lazımi köməyin göstərilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
25.12.2025 - Sabirabad rayon sakini Hüseyn Əskərov
Sabirabad rayon sakini Hüseyn Əskərov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətlərinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
25.12.2025 - Ordubad rayon sakini Elgün Allahyarov
Ordubad rayon sakini Elgün Allahyarov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.
25.12.2025 - Vətəndaş Yeganə Tağıyeva
Vətəndaş Yeganə Tağıyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
25.12.2025 - Vətəndaş Ülviyyə Babayeva
Vətəndaş Ülviyyə Babayeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.12.2025 - Vətəndaş Firuzə Ağacanova
Vətəndaş Firuzə Ağacanova DİN-in sosial şəbəkə hesabına yazdığı mesajında Xətai Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını və qısa müddətdə müsbət həll edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
25.12.2025 - Vətəndaş Elmin Qəmbərov
Vətəndaş Elmin Qəmbərov məktubunda üzləşdiyi problemlə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq tədbirlərin görüldüyünü bildirir. O, həyata keçirilən operativ tədbirlərə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.
25.12.2025 - Vətəndaş Emirhan Naçar
Vətəndaş Emirhan Naçar DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində obyektiv araşdırma aparıldığını və müsbət həllinin təmin edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və obyektivliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
25.12.2025 - Vətəndaş Aqil Məmmədquliyev
Vətəndaş Aqil Məmmədquliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yaşadığı ərazidə təhlükəsizlik kamerasının quraşdırılması ilə bağlı müraciətinə operativ baxıldığını və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən müvafiq tədbirlərin görüldüyünü bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir, çətin və şərəfli xidmətlərində Azərbaycan polisinə uğurlar arzulayır.