Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ramil Orucov DİN-ə ünvanladığı məktubunda müraciətindən dərhal sonra probleminin həll olunduğunu bildirərək Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Ceyhun Quliyev Azərbaycanda ictimai asayişin, vətəndaşların təhlükəsizliyinin və qanunun aliliyinin təmin olunması istiqamətində qətiyyətli fəaliyyətə görə DİN rəhbərliyinə, həmçinin İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Rauf Abbaszadə Daxili İşlər Nazirliyinin “instagram” səhifəsinə ünvanladığı mesajında müraciət etdiyi məsələnin həll olunduğunu bildirərək DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş İsmayıl İsmayılov iştirakçısı olduğu yol nəqliyyat hadisəsinin araşdırılmasından razı qaldığını bildirir və Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Əjdər Dəmirov Nərimanov rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsinin polis əməkdaşları tərəfindən yüksək peşəkarlıqla araşdırıldığını bildirir, araşdırmanın nəticəsindən razı qaldığını qeyd edir və DİN rəhbərliyinə, həmçinin polis əməkdaşlarına təşəkkürünü ifadə edir.

Vətəndaş Elnarə İsmayılova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən Pirallahı rayon sakini İsmayılova Elnarə Rafiq qızı, başda cənab Nazir olmaqla Pirallahı rayon polis idarəsinə mənə göstərdikləri köməklik üçün minnətdarlığımı bildirirəm. 102 Xidmətinə verdiyim məlumata operativ davranaraq yaranan problemi aradan qaldırdılar.

Vətəndaş Hacıoğlan Qəniyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Tərəfimdən edilmiş müraciətə operativ və obyektiv şəkildə baxılmasına, qaldırdığım məsələ ilə bağlı aidiyyəti üzrə araşdırma aparılmasına və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsinə görə Xətai Rayon Polis İdarəsinin və 37-ci Polis Bölməsinin əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm.

Vətəndaş Elgün Cəbrayılov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  05.06.2026-cı il tarixdə DİN-in 102 Xidmətinə idarə etdiyim avtomobilə ehtiyat hissəsi almağım, həmin hissənin uyğun gəlməməsi və satıcı İntiqam adlı şəxsin onu dəyişdirməkdən imtina etməsi ilə bağlı müraciət etmişdim. Verdiyim məlumat əsasında Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə dəvət olundum və müraciətimə dərhal reaksiya verilərək ehtiyat hissəsinin dəyişdirilməsi təmin olundu. Buna görə başda cənab Nazir olmaqla, Nizami RPİ-nin, 24-cü Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirirəm.

Vətəndaş Lamiyyə Həsənova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən, vətəndaş olaraq, başda cənab Nazir olmaqla Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyi və əməkdaşlarına göstərdikləri diqqətə, peşəkarlığa və məsuliyyətli fəaliyyətlərinə görə təşəkkürümü bildirirəm. Müraciətim zamanı əməkdaşlar tərəfindən mənə nəzakətlə yanaşılmış, məsələnin araşdırılmasına operativ və obyektiv şəkildə baxılmışdır. Onların vətəndaşlarla ünsiyyət mədəniyyəti, qanunvericiliyə uyğun fəaliyyəti və xidməti vəzifələrini layiqincə yerinə yetirmələri məndə müsbət təəssürat yaratmışdır. Pirallahı Rayon Polis İdarəsinin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayır, asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində gördükləri işləri yüksək qiymətləndirirəm.