Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göyçay rayon sakini Kənan İsmayılov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həll olunmasına, eləcə də vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ordubad rayon sakini İqral Tağıyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Ordubad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Məhəmmədəli Hacızadə DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə Şahbuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Pərvanə Abbasova DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Fatimə Dərvişli DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Qafar Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Emil Qurbanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 02.06.26-cı il tarixində onlayn dələduzluq ilə üzləşdim. Müraciətim əsasında Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən məsələyə tez bir zamanda baxılaraq mənə dəymiş ziyan ödətdirildir. 9-cu Polis Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə dərin təşəkkürlərimi bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.

Vətəndaş Turanə Ağabalayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “25.05.2026-cı il tarixində Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət etdim. Polis əməkdaşları mənim ziyanımın tam şəkildə ödənilməsinə kömək etdilər. Təşəkkür edirəm, Azərbaycan polisi!”.

Vətəndaş Ülfət Əkbərzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “26.05.2026-cı il tarixində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etmişdim. Müraciətimlə bağlı dərhal mənə köməklik göstərdilər. DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm”.