Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.06.2026 - Vətəndaş Aynurə Osmanova
Vətəndaş Aynurə Osmanova Daxili İşlər Nazirliyinə ünvanladığı elektron məktubunda dələduzluqla bağlı müraciətinin araşdırılması zamanı yüksək peşəkarlıq nümayiş etdirildiyinə, məsələyə diqqət və həssaslıqla yanaşıldığına, eləcə də ona dəymiş maddi zərərin ödətdirilməsinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Səbail RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
09.06.2026 - Vətəndaş Ramil Quliyev
Vətəndaş Ramil Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində obyektiv araşdırma aparıldığını, qısa müddətdə müsbət həllinin təmin olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Sumqayıt ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.
09.06.2026 - Vətəndaş Geray Məmmədov
Vətəndaş Geray Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, nəqliyyat vasitəsində yaranan nasazlığın aradan qaldırılmasında göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
09.06.2026 - Vətəndaş İsa İsayev
Vətəndaş İsa İsayev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
09.06.2026 - Vətəndaş Bəyistan Babayev
Vətəndaş Bəyistan Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
09.06.2026 - Vətəndaş Alim Qurbanov
Vətəndaş Alim Qurbanov DİN-ə təşəkkür məktubu yazıb. O, dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
09.06.2026 - Vətəndaş Nəzakət Məhərrəmova
Vətəndaş Nəzakət Məhərrəmova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
09.06.2026 - Vətəndaş Gülnarə Şükürova
Vətəndaş Gülnarə Şükürova DİN-ə yazdığı məktubda üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
09.06.2026 - Vətəndaş Uğur Fərəcov
Vətəndaş Uğur Fərəcov DİN-in “Instagram” səhifəsinə mesajında borc problemi ilə bağlı müraciətindən sonra polis tərəfindən müvafiq tədbirlərin görüldüyünü və borcun tam ödənildiyini yazır. Vətəndaş göstərilən diqqətə görə Səbail RPİ 39-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.