Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Yusif Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən 26.12.2025-ci il tarixində 333 manat pulumun dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı 102 xidmətinə məlumat verməklə eyni zamanda 16-ci polis şöbəsinə müraciət etmişəm. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları mənim müraciətimə tam ciddi yanaşaraq həmin şəxsi müəyyən edib dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərmişlər. Buna görə də cənab Nazir, şəxsən Sizə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına və 16-cı Polis Şöbəsinin rəisinə öz təşəkkürümü bildirirəm.

Vətəndaş Kəmalə Məmmədzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Hörmətli 25-ci Polis Bölməsinin kollektivi, müraciətimə diqqət və həssaslıqla yanaşdığınıza, göstərdiyiniz operativliyə və anlayışa görə Sizə səmimi təşəkkürümü bildirirəm. Bu münasibətiniz məndə böyük məmnunluq hissi yaratdı. Çətin və məsuliyyətli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Vətəndaş Fikrət Sefiquluyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən Şahbuz rayonu, Gömür kənd sakini Səfiquliyev Fikrət İlham oğlu, avtomobilimlə bağlı Şahbuz polisinə müraciət etdim. Müraciətimə dərhal reaksiya verildi və yüksək səviyyədə köməklik göstərildi. Buna görə rəhbərliyə və polis əməkdaşlarımıza öz minnətdarlığımı bildirirəm. Biz, fiziki məhdudiyyətli insanlara həmişə diqqət və qayğı göstərildiyi üçün göstərilən bütün kömək və dəstəyə görə təşəkkür edirəm.

Vətəndaş Azad Məhərrəmov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Hörmətli DİN, mənimlə Yasamal Rayon Polis İdarəsindən əlaqə saxlanıldı, yerində lazımi tədbirlər görüldü, əraziyə gələn sürücülərə xəbərdarlıq edilərək qanunlara riayət edilməsi tapşırığı verildi. Bir daha Sizə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm.

Vətəndaş Günay Məmmədova DİN-ə ünvanlandığı məktubunda, naməlum şəraitdə itmiş özünəməxsus olan pul kisəsinin tapılması ilə əlaqədar Səbail RPİ-nin, 8-ci PŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Şahbuz rayon Şahbuz şəhər sakini İbrahim İsmayılov teleqramında DİN-in “102” Xidməti-Zəng Mərkəzinə etdiyi müraciətə dərhal reaksiya verildiyini, Şahbuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən köməklik göstərilməsini qeyd edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.

Naxçıvan şəhər sakini Ədalət Mustafayev teleqramında özünəməxsus ehtiyat hissələrinin mənimsənilməsi ilə əlaqədar müraciət etmiş olduğu Babək rayon polis idarəsində araşdırma aparılaraq ehtiyat hissələrinin geri qaytarılmasını qeyd edərək, başda Azərbaycan Respublikası daxili işlər nazirinə, Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinə və Babək rayon polis idarəsinin bütün kollektivinə dərin təşəkkürünü bildirir.

Vətəndaş Aydan Məmmədova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Fərid Ağayev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında Səbail Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.