Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.12.2025 - Naxçıvan şəhər sakini Ramin Nəcəfov
Naxçıvan şəhər sakini Ramin Nəcəfov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını qeyd edərək vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
24.12.2025 - Vətəndaş Abdulla Mustafayev
Vətəndaş Abdulla Mustafayev DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılandığını və dinlənilərək müvafiq izah verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
24.12.2025 - Vətəndaş Nicat Sövülxanov
Vətəndaş Nicat Sövülxanov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində obyektiv araşdırma aparıldığını, müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
24.12.2025 - Vətəndaş Rəminə Hacıyeva
Vətəndaş Rəminə Hacıyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında cüzdanının itməsilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və cüzdanın qısa müddətdə tapılaraq ona təhvil verildiyini bildirir. O, operativ tədbirlərə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
24.12.2025 - Vətəndaş Eldəniz Məmmədov
Vətəndaş Eldəniz Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, obyektiv araşdırmalara və göstərilən köməkliyə görə həmin idarənin əməkdaşlarına təşəkkürünü bildirir.
24.12.2025 - Vətəndaş Asif Muradlı
Vətəndaş Asif Muradlı məktubunda müraciəti üzrə Yasamal Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həllinin təmin edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və həyata keçirilən tədbirlərə görə Yasamal RPİ-nin əməkdaşlarına təşəkkür edir.
24.12.2025 - Ağcabədi rayon sakini Sərvər Fərzəliyev
Ağcabədi rayon sakini Sərvər Fərzəliyev müraciətində göstərilən diqqət və qayğıya görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.
24.12.2025 - Bakı şəhər sakini Mahir Hüseynov
Bakı şəhər sakini Mahir Hüseynov müraciətinin müsbət həll edilməsinə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.
24.12.2025 - Beyləqan rayon sakini İlkin Şabanov
Beyləqan rayon sakini İlkin Şabanov müraciətinin müsbət həll edilməsinə görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.