Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.06.2026 - Vətəndaş Bəxtiyar Nəsibli
Vətəndaş Bəxtiyar Nəsibli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında onu narahat edən hallarla bağlı müraciəti ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və həmin neqativ halların aradan qaldırıldığını qeyd edərək həyata keçirilən tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
12.06.2026 - Vətəndaş Səbinə Məmmədova
Vətəndaş Səbinə Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
12.06.2026 - Goranboy rayon sakini Göyüş Nağıyev
Goranboy rayon sakini Göyüş Nağıyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.06.2026 - Vətəndaş Emin Rəcəbov
Vətəndaş Emin Rəcəbov DİN-ə ünvanladığı məktubunda ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
11.06.2026 - Vətəndaş Hacıoğlan Qəniyev
Vətəndaş Hacıoğlan Qəniyev DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq tədbir görülməsi ilə bağlı Xətai rayon polis idarəsinin və 37-ci PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2026 - Vətəndaş Elnur Babaşlı
Vətəndaş Elnur Babaşlı DİN-ə ünvanladığı məktubunda itmiş əşyasının tapılması ilə bağlı polis əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2026 - Vətəndaş Sevinc Mehdiyeva
Vətəndaş Sevinc Mehdiyeva DİN-ə ünvanladığı məktubunda aparılan araşdırmadan razı olduğunu , göstərilən diqqət və qayğıya görə 8-ci Polis şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2026 - Vətəndaş Yusif Məmmədov
Vətəndaş Yusif Məmmədov DİN-ə ünvanladığı məktubunda dələduzluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödətdirilməsi ilə əlaqədar Qaradağ rayon polis idarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
11.06.2026 - Gəncə şəhər sakini Tural Cəfərov
Gəncə şəhər sakini Tural Cəfərov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılaraq araşdırılmasına və vətəndaş məmnunluğunun təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.