Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.12.2025 - Sosial şəbəkə istifadəçisi Süleyman Mihrimah
Sosial şəbəkə istifadəçisi Süleyman Mihrimah itirdiyi mobil telefonunun tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.12.2025 - Sosial şəbəkə istifadəçisi Vasif Xanaliyev
Sosial şəbəkə istifadəçisi Vasif Xanaliyev müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.12.2025 - Sumqayıt şəhər sakini Kəmalə Ağayeva
Sumqayıt şəhər sakini Kəmalə Ağayeva üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Abşeron Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.
26.12.2025 - Bakı şəhər sakini İqbal Nəzərov
Bakı şəhər sakini İqbal Nəzərov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
26.12.2025 - Bakı şəhər sakini Mübariz Vəliyev
Bakı şəhər sakini Mübariz Vəliyev oğluna qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
26.12.2025 - Vətəndaş Elmar Mehdiyev
Vətəndaş Elmar Mehdiyev ona məxsus olan avtomobilin dövlət qeydiyyat nişanının oğurlanması ilə bağlı müraciətinə operativ baxıldığına və qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Abşeron Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
26.12.2025 - Sosial şəbəkə istifadəçisi Zoya Hüseynova
Sosial şəbəkə istifadəçisi Zoya Hüseynova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
26.12.2025 - Sosial şəbəkə istifadəçisi Aysel Abdullayeva
Sosial şəbəkə istifadəçisi Aysel Abdullayeva müraciətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
26.12.2025 - Sosial şəbəkə istifadəçisi Şahin Hüseynov
Sosial şəbəkə istifadəçisi Şahin Hüseynov dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş ziyanın ödənilməsinin təmin edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıq edir.