Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.12.2025 - Abşeron rayon sakini Mətanət Xudiyeva
Abşeron rayon sakini Mətanət Xudiyeva məktubunda müraciətinə göstərilən obyektivliyə, həmçinin həyata keçirilən tədbirlərə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.12.2025 - Vətəndaş Mövsün Mansurov
Vətəndaş Mövsün Mansurov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
29.12.2025 - Şəhid ailəsi olan Habil Məmmədov
Şəhid ailəsi olan Habil Məmmədov məktubunda Sabunçu rayonu ərazisində yaşayan şəhid ailələri adından üzləşdikləri soyğunçuluqla bağlı müraciətlərinə həssas yanaşıldığını və qısa zamanda müsbət həllini tapdığını qeyd edir. O, şəhid ailələrinə, o cümlədən onlara göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.
27.12.2025 - Neftçala rayon sakini Orxan Hüseynov
Neftçala rayon sakini Orxan Hüseynov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
27.12.2025 - Vətəndaş Kamran Tağızadə
Vətəndaş Kamran Tağızadə Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
27.12.2025 - Vətəndaş Ramil Həsənov
Vətəndaş Ramil Həsənov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Səbunçu RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
27.12.2025 - Vətəndaş Nicat Qəhrəmanov
Vətəndaş Nicat Qəhrəmanov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə təşəkkür edir.
26.12.2025 - Bakı şəhər sakini Nərminə Naftaliyeva
Bakı şəhər sakini Nərminə Naftaliyeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
26.12.2025 - Sosial şəbəkə istifadəçisi Natiq Ələsgərov
Sosial şəbəkə istifadəçisi Natiq Ələsgərov baş verən yanğın zamanı yaxınlıqda xidmət aparan yol-patrul əməkdaşlarının şücaət göstərərək əlil qadını yanğından xilas edib ilkin tibbi yardım göstərdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.