Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Cavid Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq tədbirlərin görüldüyünü bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Rövşən Bəbirov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, hətta polisin səlahiyyətinə aid olmayan məsələ olsa da, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq köməklik göstərilərək aidiyyəti üzrə yönəldildiyini və qısa müddətdə probleminin araşdırılaraq müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Şahbuz rayon sakini Şahin Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq köməkliyin göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməkliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Fidan Namazova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, müsbət həllinin təmin olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməyə görə Abşeron RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Tovuz rayon sakini İlahə Alıyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Əcnəbi vətəndaş Britto Armand DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və müsbət həllinin təmin olunduğunu qeyd edərək həyata keçirilən tədbirlərə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaşlar Tural Nəbiyev və Mustafa Qurbanov Daxili İşlər Nazirliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Sosial şəbəkə istifadəçiləri Nuray Əhmədova, Aydın Ağayev və Səməd Zülfüqarlı DİN-in sosial şəbəkə səhifəsinə yazdıqları mesajlarında müraciətlərinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin şəxsi heyətinə təşəkkür edirlər. 

Əcnəbi vətəndaş Ruslana Kıdırqaliyeva DİN-in insteqram hesabına yazdığı mesajında müraciətinin operativ şəkildə araşdırılıb ədalətli qərar qəbul edilməsinə görə Azərbaycan polisinə təşəkkür edir.