Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.05.2026 - Astara rayon sakini Faiq Quliyev
Astara rayon sakini Faiq Quliyev öz məktubunda müraciəti ilə əlaqədar ona göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Masallı rayon sakini Firudin Cahangirov
Masallı rayon sakini Firudin Cahangirov DİN-ə yazdığı məktubunda operativ və peşəkar fəaliyyətə, vətəndaş məmnunluğunun təmin olunmasına görə BDYPİ-nin Qeytiyyat-İmtahan İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Biləsuvar rayon sakini Təranə Orucova
Biləsuvar rayon sakini Təranə Orucova DİN-ə yazdığı məktubunda müraciəti ilə əlaqədar Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, ona lazımi hüquqi izahların verildiyini bildirir və bununla əlaqədar təşəkkürünü bildirir.
06.05.2026 - Masallı rayon sakini Tofiq Şahmarov
Masallı rayon sakini Tofiq Şahmarov öz məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə və yüksək peşəkarlığa görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Astara rayon sakini Elvin Nəsirov
Astara rayon sakini Elvin Nəsirov DİN-ə yazdığı məktubunda narkomaniya və erkən nikah hallarına qarşı mübarizə çərçivəsində yeniyetmə və gənclərlə, o cümlədən məktəblilərlə keçirilən görüşlərə, mütəmadi təşkil edilən maarifləndirmə tədbirlərinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Lənkəran rayon sakini Röya Nuriyeva
Lənkəran rayon sakini Röya Nuriyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilməsinə görə DİN-in və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Abşeron rayon sakini Elmidar Məmmədov
Abşeron rayon sakini Elmidar Məmmədov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciətinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılaraq lazımi tədbirlərin görülməsinə görə təşəkkürünü bildirir.
06.05.2026 - Vətəndaş Namik Heybətov
Vətəndaş Namik Heybətov DİN-ə yazdığı məktubunda müraciəti ilə əlaqədar Astara Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.
06.05.2026 - Cəlilabad rayon sakini Aygün Səfərova
Cəlilabad rayon sakini Aygün Səfərova DİN-ə yazdığı məktubunda müraciəti ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilərək ona hüquqi izahların verilməsinə və lazımi köməyin göstərilməsinə görə təşəkkürünü bildirir.