Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş İlhamə İsmayılova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Bakı şəhər sakini Elnarə Abbasova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, məsələnin qısa müddətdə obyektiv araşdırılmasına, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Aytən Hüseynova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, məsələnin qısa müddətdə obyektiv araşdırılmasına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Elçin Süleymanov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami rayonu ərazisində xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən məsələnin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə Nizami Rayon Polis İdarəsinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Etibar İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, itən əşyasının tapılaraq təhvil verilməsinə görə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaşlar Fərqanə Həmidova və Faiq Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıblar. Onlar baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara, həmçinin göstərilən diqqət və köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirirlər.

Vətəndaşlar Orxan Əliyev və Emil Əliyev məktublarında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə DİN rəhbərliyi başda olmaqla, Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar. 

Vətəndaş Mehti Şahbazov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı göstərilən köməkliyə görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Zaman Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.