Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.04.2026 - Şahbuz şəhər sakini Eldəniz Ələsgərov
Şahbuz şəhər sakini Eldəniz Ələsgərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll edilməsinə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.04.2026 - Bakı şəhər sakini Elçin Cəfərov
Bakı şəhər sakini Elçin Cəfərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.04.2026 - Quba rayonunun bir qrup sakini
Vətəndaşlar Emil Məmmədov, Pakizə Balayeva, Samir Zahirov, Mikayıl Mirzəbəyov, Ayətşah Süleymanov, Nuran Sədullayev və Rahim Feytullayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
13.04.2026 - Bir qrup vətəndaş
Vətəndaşlar Ramin Nəcəfov, Vadim Əhmədov, Məhəmməd Musayev, Nemət Səmədov, Bəxtiyar Əliyev, Təbriz Əhmədzadə və Elşad Şıxbalayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.
13.04.2026 - Bir qrup Quba rayon sakini
Vətəndaşlar Sərdar Məmmədov, Cəsarət Babayev, Adil Kərimov, Dəyanət İmamov, Elnur Mürsəlov və Fuad Abdulxaliqov etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Müraciətlərə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirirlər.
11.04.2026 - Bakı şəhər sakini Rəhimə Əsgərova
Bakı şəhər sakini Rəhimə Əsgərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət etdiyini qeyd edir. R. Əsgərova vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.04.2026 - Vətəndaş Rahib Tağıyev
Vətəndaş Rahib Tağıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı dələduzluq olması ilə bağlı Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmişdim. Müraciətim ilə bağlı Yasamal Rayon Polis İdarəsində qəbul edildim, dinlənildim, müraciətim nəzarətə götürüldüyü bildirildi. Polis əməkdaşları tərəfindən araşdırılma aparılıb mənə dəyən ziyanın tam ödənilməsi təmin edildi. Müraciətimə operativ şəkildə baxıldığı və bizə göstərilən diqqətə görə DİN-in və Yasamal RPİ-nin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Yaşasın, Azərbaycan polisi!”.
11.04.2026 - Vətəndaş Musa Xıdırov
Vətəndaş Musa Xıdırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “23.03.2026-cı il tarixində paytaxtın Nərimanov rayonu, Ağa Nəmətulla küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırmada iştirak etdim və aparılan işdən çox razı qaldım. Azərbaycan polisinə dərin minnətdarlığımı bildirirəm”.
11.04.2026 - Vətəndaş Aynur Abbasova
Vətəndaş Aynur Abbasova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Səbail rayonu ərazisində içərisində sənədlərim və pul vəsaitim olan əl çantamı itirmişdim. Bununla əlaqədar olaraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Şöbəsinə müraciət etmişdim. Polis əməkdaşları tərəfindən dərhal müdaxilə olundu, çanta tapılaraq bizə təhvil verildi. Buna görə də, DİN-in və Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.