Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Röyal Səlimov ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Şakir Abbasov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Rəhilə Sadıxova xəsarət aldığı yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətində ona göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Fərid Məmmədov xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Murtuz Aslanov ünvanladığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlıq edir.

Bakı şəhər sakini İsmayıl Vəkili Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılaraq müsbət həll edildiyinə və dəymiş maddi ziyanın tam şəkildə ödətdirilməsinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Leyla Səmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə diqqətlə və həssaslıqla yanaşılmasına, məsələnin qısa müddətdə obyektiv araşdırılaraq müsbət həllini tapmasına və ona dəymiş ziyanın tam şəkildə ödətdirilməsinin təmin edilməsinə görə Abşeron Rayon Polis İdarəsinin istintaq bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sürətulla Axundov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda yaşadığı Astara rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, əldə olunan müsbət nəticələrə, polis əməkdaşlarının xidməti vəzifələrini yüksək peşəkarlıqla həyata keçirmələrinə görə DİN və Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Telman Səfərov məktubunda müraciətinə göstərilən diqqətə, həmçinin həyata keçirilən tədbirlərə görə Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.