Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Salyan rayon sakini Sabir Əhədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Rəşad Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və müsbət həllinin təmin olunduğunu qeyd edərək həyata keçirilən tədbirlərə görə Hacıqabul RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaşlar Ramin Əliyev və Ləzgi Xudadanlı Daxili İşlər Nazirliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Sosial şəbəkə istifadəçiləri Rüstəm Abdullayev və Sevinc Qasımova DİN-in sosial şəbəkə səhifəsinə yazdıqları mesajlarında müraciətlərinə operativ baxıldığını və müsbət həllinin təmin olunduğunu qeyd edərək həyata keçirilən tədbirlərə görə Xətai Rayon Polis İdarəsinin kollektivinə təşəkkür edirlər. 

Neftçala rayon sakini Malik Rəcəbov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə əlaqədar obyektiv araşdırma aparıldığını və müsbət həllinin təmin olunduğunu qeyd edir. O, müraciətinə həssas yanaşılaraq qısa müddətdə müsbət həll edildiyinə, eyni zamanda göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Göyçay rayon sakini İlkin Qasımov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Göyçay Rayon Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Günay Məmmədova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən operativ tədbirlərin görüldüyünü və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN rəhbərliklərinə, həyata keçirilən tədbirlərə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Taleh Əzimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında pozulmuş hüquqlarının bərpası ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin həyata keçirildiyinə və pozulmuş hüquqlarının bərpa edilməsinə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.     

Vətəndaş İradə Süleymanova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı Abşeron Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həllinin təmin olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Abşeron RPİ-nin əməkdaşlarına təşəkkür edir.